APPRO laboratoriya Haqqında

APPRO Laboratories Müayinə və Müalicə mərkəzimiz beynəlxalq keyfiyyət standartlarına uyğun qurulmuşdur. Mərkəzimizdə müasir laboratoriya, USM və poliklinika şöbəsi fəaliyyət göstərir.

Laboratoriyamız Almaniya, İtaliya və Yaponiya kimi tibbi avadanlıq istehsalında lider olan ölkələrin yeni və dünya standartlarına cavab verən, tam avtomatlaşdırılmış cihazları ilə təchiz olunmuşdur. Xüsusi laboratoriya proqramı, ştrix kod və avadanlıqların inteqrasiyası sistemi eyni vaxtda çox sayda nümunə müayinə etməyə imkan yaradır və baş verə biləcək xətaların qarşısını alır. Xarici və daxili kontrollar vasitəsi ilə cihazların dəqiq işləməsinə nəzarət olunur.

APPRO Laboratories - kollektivinin peşəkar həkim və tibbi personaldan təşkil olunması yüksək səviyyədə xidməti təmin edir!