Keyfiyyətə Nəzarət

APPRO Laboratories-in Keyfiyyətə Nəzarət Şöbəsinin fəaliyyəti pasiyentlərə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinin təmin edilməsi və eyni zamanda personalın effektiv əməyinin təmin olunmasıdır.

APPRO Laboratories ən müasir avadalıqlarla təmin edilmişdir və bu avadalıqların tətbiqi ilə aparılan bütün müayinələr, analizlər eləcə də həyata keçirilən digər işlər nəzarət kameraları vasitəsilə daimi izlənilir.

APPRO Laboratories KN şöbəsi laboratoriyada isdifadə edilən avadanlıqların, analizatorların və reagentlərin ən qabacıl istesalçılarının məsulları olmasın təmin etməklə əhaliyə göstərilən xidmətin müasir və yüksək səviyyədə olmasını dəstəkləyir. İstifadə olunan avadanlıqlara ciddi nəzarət və zamanıa uyğun profilaktik baxışlar keçirilir. Bu nəzarət həm APPRO Laboratories mütəxəssisləri həm də xaricdən dəvət edilmiş mütəxəssislər tərəfində aparılır.

Pasiyentlərdən tərəfindən daxil olan şikayət və təkliflər APPRO Laboratories KN şöbəsi tərəfindən operativ qaydada araşdırılır. Müraciətlər əsasında daxili görüşlər təşkil olunur və lazımi tədbirlər həyata keçirirlir.

APPRO Laboratories KN şöbəsinin əsas prinsiplərindən biri də müasir, yüksək səviyyəli xidmətlə yanaşı pasient, müştəri məmuniyyətinin yüksək olmasıdır. Bu məqsədlə vaxt aşırı müştərilər və əməkdaşlar arasında anonim sorğuları keçirilir. Sorğuların ntəicələrinə uyğun olaraq iş keyfiyyətinin artıtlması üçün tədbirlər həyata keçirilir.

APPRO Laboratories KN şöbəsi dünyada səhiyyə və elm sahəsində baş verən yeniliklər yaxından izləyir və yeniliklərin regional layihələr çərçivəsində ölkəmizin səhiyyə sistemində tətbiqinə çalışır. Bu tətbiqlərlə APPRO Laboratories-in iş keyfiyyətini artırılması ilə yanaşı eyni zamanda iş çeşidinin yüksəldilməsinə yönəldirilir.